Hava limanı yolunda avtobuslar yarışır: “100”lə gedən maşın onlara çata bilmir - VİDEO

10:40 25-11-2021 9

Bakıda avtobuslar yarışa çıxdı.

milletinsesi.info xəbər verir ki, paytaxt ərazisində iki sərnişin avtobusu sürət həddini aşaraq yarışa çıxıb. 

İçərisində sərnişin olan avtobusların təhlükəsizlik qaydalarını pozaraq, həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Bakı Nəqliyyat Agentliyi (BNA) yayılan videogörüntülərlə bağlı milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisə ilə bağlı tədbir görülüb:

“136 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusun daşıyıcısı “Status-Avto MMC” və 171 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusun daşıyıcısı “Ayşən LTD” ötən gün agentliyə çağırılıb. Hər iki daşıyıcının aidiyyəti üzrə izahatları alınıb, daşıyıcılara xəbərdarlıq edilib”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by milletinsesi.info (@oxuaz)

Könül Cəfərli