Daha bir ölkədə uşaqlar arasında koronavirusa yoluxma sürətlə artır

00:40 25-11-2021 12

Fransada bir həftədə 6-10 yaşlı uşaqlar arasında koronavirusa yoluxma hallarının sayı kəskin- 148% artıb.

Hazırda 6-10 yaşlı uşaqlar arasında xəstələnmə nisbəti hər 100 min nəfərə 340 yoluxma təşkil edir.

Noyabrın əvvəlindəki bayramlardan sonra bu rəqəm 80 olub.

Bu məlumatlar COVID-19-un uşaqlar arasında çox aktiv şəkildə yayılmasından xəbər verir, halbuki ölkədə orta xəstələnmə nisbəti hər 100 min sakinə 191 yoluxma təşkil edir.

Qeyd olunur ki, orta məktəb şagirdləri arasında da koronavirusa yoluxma halları orta səviyyədən yüksəkdir: 11-14 yaşlı uşaqlar arasında 208 yoluxma.

Daha əvvəl Fransa Nazirlər Kabinetinin nümayəndəsi Qabriel Attal bildirib ki, Fransada koronavirus epidemiyasının beşinci dalğası sürətlə başlayır.

Mənbə: RİA Novosti