“Grammy” nominantları açıqlandı: Castin Biberin səkkiz, Billi Aylişin isə yeddi nominasiyası var - FOTO

00:25 25-11-2021 15

ABŞ Milli Səsyazma İncəsənət və Elmlər Akademiyası 2022-ci il “Grammy” Mükafatlarına namizədlərin siyahısını açıqlayıb.

Nominasiyaların sayına görə caz musiqiçisi Con Baptist (11) lider olub. Justin Biber, Doja Cat və H.E.R. hər biri 8, Billi Ayliş və Olivia Rodrigo 7 kateqoriyada təmsil olunurlar.

Reper Jay Z üç nominasiya qazanıb. Bunun sayəsində karyerasında aldığı nominasiyaların ümumi sayı 83-ə yüksəlib - bu, yeni “Grammy” rekordu oldu.

2021-ci ildə “Grammy” nominasiyalarının sayına görə lider Beyons oldu - o, doqquz kateqoriya üzrə namizəddir. Yekunda o, dörd mükafat alıb.

Mənbə: Meduza