KOBİA-nın əməkdaşları üçün təlim təşkil olunub - FOTO

18:45 24-11-2021 13

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) menecment heyətinin idarəetmə təcrübəsinin və peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Şabran rayonunda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə təlim təşkil olunub.

Təlim Avropa Birliyinin “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabət qabiliyyətliliyinin artırılmasına dəstək” layihəsi çərçivəsində həyata keçirilib.   

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Agentliyin əməkdaşları üçün korporativ idarəetmə standartları, xidmət səviyyəsinin yüksəldilməsi, layihələrin idarəedilməsi bacarıqları və menecment sahəsində digər mövzular üzrə təqdimatlar keçirilib.

Təlimdə KOB-lara dəstək üzrə bir sıra ölkələrin qabaqcıl beynəlxalq təcrübələri, “yaşıl iqtisadiyyat”ın KOB-ların fəaliyyətində təşviqi və digər mövzulara da toxunulub. 

Agentlik əməkdaşlarının komanda ruhunun daha da inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə təlim çərçivəsində müxtəlif komanda yarışları və müsabiqələr də keçirilib.