Operativ Qərargah daha bir yarışın keçirilməsinə razılıq verdi - FOTO

18:35 24-11-2021 14

Nazirlər Kabineti yanında Operativ Qərargah daha bir qapalı zalda yarışın keçirilməsinə icazə verib.

milletinsesi.info-a Bakı Su İdmanı Sarayından verilən xəbərə görə, noyabrın 26-da üzgüçülük üzrə Azərbaycan çempionatı start götürəcək.

3 gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək.

Su İdmanı Sarayında baş tutacaq çempionata saat 17:00-da start veriləcək.

Qeyd edək ki, dünən güləş üzrə Azərbaycan çempionatının 7-9 dekabr tarixlərində keçiriləcəyi məlum olmuşdu.