“Tarqovı”dakı ağac gündəm oldu - VİDEO

18:20 24-11-2021 10

Paytaxtın mərkəzində, Nizami küçəsindəki ağac sosial şəbəkələrdə gündəm oldu. Ağacın görüntüləri paylaşılaraq onun külək səbəbindən əyildiyi bildirildi və qeyd edildi ki, ağac hər an aşa bilər. 

Baku TV-nin araşdırması zamanı aşkara çıxıb ki, ağac güclü küləkdən sonra deyil, əvvəldən əyri olub.

Çəkiliş zamanı ərazidə olan aidiyyəti qurumların əməkdaşlarının isə ağaca görə yox, Nizami küçəsindəki eyvanları rəngləmək üçün burada olduğu məlum olub.