Azərbaycanda nə qədər ehtiyat “Pfizer-Biontech” vaksininin olduğu açıqlandı

18:20 24-11-2021 7

Azərbaycanda ehtiyatda olan “Pfizer-Biontech” vaksininin sayı açıqlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, hazırda 162 450 doza “Pfizer- Biontech” vaksini anbarda ehtiyatda var.

Əlavə olaraq tibb müəssisələrində hazırda istifadə edilən vaksin dozaları mövcuddur.

Qeyd edək ki, ÜST Avropa Dərman Agentliyi, ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib.

Məktuba əsasən, “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkədə istifadə olunan “Pfizer-Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılıb.