Tələbələrin NƏZƏRİNƏ: Universitet üçün yeni yataqxanalar tikiləcək

14:20 24-11-2021 11

Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir. 

milletinsesi.info xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev məlumat verib. 

O bildirib ki, bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər həftə müzakirələr aparılır. 

“Universitetin 225 nəfərlik yataqxanası əsaslı şəkildə təmir olunub və tələbələr üçün lazımi vəsaitlərlə təmin olunub. 

Universitetin əvvəlki tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Oranı hasarladıq və indi ərazi xüsusi mühafizə altındadır, kənar şəxslərin girişi mümkün deyil”. 

Rektor əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində Bakı Dövlət Universitetinin köhnə yataqxanası ərazisində müasir səviyyədə tələbə şəhərciyinin salınması nəzərdə tutulur: 

“Hazırda layihələr üzərində işləyirik. Ən yüksək səviyyədə müasir tələblərə cavab verən yataqxana kompleksləri üzərində iş gedir. Hətta ilkin layihələr var, onlar estetik və texniki imkanlar baxımından gözəl layihələrdir”.

Nigar Məmmədova