Naftalanda kişi itkin düşüb - FOTO

14:05 24-11-2021 11

Naftalanda itkin düşən şəxs axtarılır.

Bu barədə milletinsesi.info-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Naftalan şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Musyev cari ilin noyabr ayının 21-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T.Musayevin əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi qaradır. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15 şəhər və (050) 664-94-00  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.