“Qarabağ”ın rəqibinin ulduz futbolçusu klubu ilə son görüşünə çıxacaq

13:10 24-11-2021 12

Avropa Konfrans Liqasında təmsilçimiz “Qarabağ”la eyni qrupda mübarizə aparan Qazaxıstanın “Kayrat” klubunun ulduz futbolçusu Vaqner Lav noyabrın 25-də sonuncu ev oyununa çıxacaq.

Həmin tarixdə “Kayrat” evində “Bazel”i qonaq edəcək. Final fitindən sonra oyunçu ilə vida mərasimi baş tutacaq.

Xatırladaq ki, “Kayrat” klubu hazırda H qrupunda 1 xalla sonuncudur. “Omoniya” 2 xalla üçüncü, “Basel” 8 xalla 2-ci pillədə qərarlaşıb. Qrupun lideri 10 xala sahib olan təmsilçimiz “Qarabağdır”.