Dünən faciəli şəkildə ölən gəncin FOTOLARI

10:55 24-11-2021 10

Dünən Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

milletinsesi.info-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Qazaxın Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Rayonun Qaymaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Lalə Süleymanovanı TIR vurub. 

O, hadisə yerində ölüb. 

Faciəli şəkildə ölən gəncin fotosu sosial şəbəkələrdə paylaşılıb.