Bakıda 14 yaşlı qız dəm qazından zəhərləndi

09:20 24-11-2021 11

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yaşadığı evdə dəm qazından zəhərlənən 2007-ci il təvəllüdlü Ağayeva Məhrub Mehman qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.