Azərbaycanda polis yol qəzasında həlak oldu

08:45 24-11-2021 11

Gəncədə polis yol qəzasında ölüb.

milletinsesi.info-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Gəncə şəhər Mühafizə İdarəsinin əməkdaşları “Fiat” markalı xidməti avtomobil ilə hərəkətdə olan zaman, sürücü idarəetməni itirərək şəhər ərazisindəki mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı R. Əliyev xəsarət alıb. O xəstəxanaya çatdırılsa da dünyasını dəyişib.

Könül Cəfərli