Fransalı həmkarı ilə görüşdükdən sonra Belçika naziri karantinə yollandı

07:30 24-11-2021 12

Belçikanın Baş naziri Aleksandr De Kroo koronavirus testi müsbət çıxan Fransanın baş naziri Jan Kasteks ilə ikitərəfli danışıqlardan sonra karantinə yollanıb.

Bu barədə Belçika Nazirlər Kabinetinin press-relizində bildirilib.

Bildirilir ki, hökumət başçısından əlavə Belçikanın daxili işlər və ədliyyə nazirləri, həmçinin Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri karantinə yollanıblar.