Naftalanın icra başçısı özünə yeni müavin təyin edib

02:00 24-11-2021 13

Naftalan Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

“Report” xəbər verir ki, Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov özünə yeni müavin təyin edib.

Belə ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Hüseynova Kəmalə İsfəndiyar qızı təyin olunub.

O, bundan öncə böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi çalışıb.

Qeyd edək ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində öncə Afət Cabbarova çalışıb. O, bir neçə ay öncə həmin vəzifədən azad olunub.