Ekspert: ABŞ nüvə silahı yerləşdirilməsi üçün Polşanı seçdi

00:45 24-11-2021 14

ABŞ Şərqi Avropada nüvə silahının yerləşdirilməsi üçün uyğun ölkə kimi Polşanı seçib.

Bu barədə Rusiya XİN-in Diplomatik Akademiyasının Beynəlxalq Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Vadim Kozyulin danışıb.

Onun sözlərinə görə, ABŞ-ın nüvə silahını yerləşdirmək üçün seçəcəyi ölkə müvafiq infrastrukturu təmin edə biləcək potensiala sahib olmalıdır. Bu baxımdan isə tələblərə ən uyğun ölkə Polşadır.

Mənbə: Gazeta.ru