Abşeronda 16 yaşlı gənc qız dəm qazından zəhərlənib

00:30 24-11-2021 14

Abşeron rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Yaşadığı evdə dəm qazından zəhərlənən 16 yaşlı Cabbarlı Sənəm Ələddin qızı huşsuz vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.