Qazaxda qəza: Piyada hadisə yerində öldü

23:00 23-11-2021 15

Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.

Belə ki, hərəkətdə olan TIR piyadanı vurub. 

Nəticədə 2004-cü il təvəllüdlü L.Süleymanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.