Müharibə vaxtı piano ifası ilə məşhurlaşan qəhrəman - VİDEO

21:05 23-11-2021 9

Baku TV sosial şəbəkələrdə gündəm olan beş medallı Vətən müharibəsi iştirakçısı Fərrux Rzazadənin evində olub. 

Fərruxun ordudan tərxis olunmasına üç gün qalmış Vətən müharibəsi başlayıb və o, torpaqlarımızın işğaldan azad edilməsində iştirak edərək beş medala layiq görülüb.

Döyüşməyin onun borcu olduğunu deyən Fərrux Vətən müharibəsində iştirakı ilə bağlı danışmaq istəməyib. 

Hazırda paytaxtdakı kafelərdən birində ofisiant kimi çalışan müharibə iştirakçısının mahnı oxuduğu video da elə burada müştərilər tərəfindən çəkilib.

Ailəsinin yeganə qazanc mənbəyi olan Fərruxun ən böyük arzusu müğənni kimi fəaliyyət göstərməkdir.