İbrahimoviç: “Mançester Yunayted”də keçmişləri barədə çox danışırlar”

20:35 23-11-2021 13

“Mançester Yunayted”in sabiq hücumçusu, hazırda “Milan”da çıxış edən Zlatan İbrahimoviç İngiltərə klubundakı hazırkı böhranla bağlı fikirlərini bölüşüb.

“İngiltərədə yaxşı təcrübə toplamışam. “Mançester Yunayted” möhtəşəm klubdur, biz bu klubla bir neçə kubok qazanmışıq. “Mançester Yunayted”in problemi nədir? Onlar keçmişləri barədə həddindən artıq çox danışırlar. Orada oynamağa hazırlaşanda söylədim: “Mən fikrimi bu gün nə edə biləcəyimə yönəltmişəm və öz tariximi yazmağa çalışacağam”. Lakin siz keçmişdə baş verənləri tez-tez xatırlayanda, yeni uğurlarınız gəlməyə gecikir. Real vəziyyəti düşünməlisən, yaxud da xəstəxanaya gedib beyninizi təmizləməlisiz”, - deyə hücumçu vurğulayıb. 

Qeyd edək ki, “Mançester Yunayted” zəif nəticələri əsas gətirərək klubun baş məşqçisi Ole Qunnar Sulşerin istefaya göndərib.