Benksinin doğrayıcı ilə kəsilmiş rəsmi rekord qiymətə satılıb

07:00 15-10-2021 10

Britaniyanın məşhur küçə təsvirləri rəssamı Benksinin əl işi rekord qiymətə - 18.6 milyon funt sterlinqə satılıb.

Hərrac “Sotheby's”də təşkil edilib.

“Zibil qutusunda məhəbbət” adlanan rəsm əsərinin özəlliyi onun xeyli hissəsinin kağız doğrayıcı ilə kəsilməsidir.

Mənbə: TASS