Daha bir marşrut avtobusunda önənişlər “BakıKart”la olacaq

15:10 14-10-2021 13

Sabahdan 131 nömrəli marşrut xətti (Maştağa qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi 44, Heybət Heybətov 63, B.Bağırov küçəsində, Sabunçu qəsəbəsi Şəhər şosesi, Zabrat qəsəbəsi, Babək küçəsi 336, Oktyabr küçəsi, Nərimanov 23, Sadiq Cəfərov 26, Savalan qəsəbəsi Məhəmmədəli Şəfai 37 ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Bununla yanaşı, sərnişinlər istifadə etdikləri “BakıKart”ın balansını portaldan onlayn qaydada artıra bilərlər.

Qeyd edək ki, bir müddət əvvəl 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşfiqabad qəsəbəsi - “20 Yanvar” m/st) üzrə hərəkət edən avtobuslarda da gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsinə başlanılıb.