“İrşad” 14 oktyabrdan möhtəşəm kampaniyaya start verdi - FOTO

12:00 14-10-2021 12

“İrşad” mağazalar şəbəkəsi 18 oktyabr Dövlət Müstəqilliyinin bərpası günü münasibəti ilə 18 günlük yeni kampaniyaya start verib. Smartfonlarını, məişət texnikasını, elektronika əşyalarını yeniləmək istəyənlər bu kampaniyadan 14 -31 oktyabr tarixlərində faydalana bilərlər.

Kampaniyanın şərtlərinə görə müştərilər heç bir əlavə ödəniş etmədən smartfonları 12 aylıq, məişət texnikası və TV-ləri 18 aylıq, notbukları isə 18 ayadək ilkin ödənişsiz, faizsiz və komissiyasız hissəli ödənişlə əldə edəcəklər.

Nağd, taksit kartları və 3 aylıq hissəli ödənişlə alış edən müştərilər həqiqi endirimlərdən də faydalana biləcəklər. Məhsulları kampaniya şərtləri ilə “İrşad”ın istənilən mağazasından əldə etmək mümkündür. O cümlədən www.irshad.az saytı vasitəsilə onlayn sifariş verən müştərilərə isə məhsullar tam pulsuz çatdırılır.

“İrşad” kollektivi, 18 Oktyabr Dövlət Müstəqilliyinin bərpası münasibətilə bütün vətəndaşlarımızı təbrik edir, dövlətimizin müstəqilliyinin əbədi olmasını diləyir.