Vətən müharibəsi şəhidi ilə vida mərasimi keçirilir - FOTO

11:55 14-10-2021 14

Vətən müharibəsinin şəhidi İxtiyar Əliyevlə vida mərasimi keçirilir.

milletinsesi.info-ın məlumatına görə, şəhidin nəşi Goranboy rayonunun, Goranlı kəndində yaşadığı evə gətirilib.

Şəhidimiz doğulduğu kənddə dəfn ediləcək.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Onun nəşi dünən tapılıb.