Vəkillər Kollegiyasının sədr müavininə ağır itki üz verib

10:55 14-10-2021 11

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini, vəkil Pərviz Ələkbərova ağır itki üz verib. 

milletinsesi.info-ın məlumatına görə, tanınmış vəkilin atası Saday Ələkbərov uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib. 

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, 1936-cı il təvəllüdlü Saday Ələkbərov Şuşada anadan olub. Uzun illər Şuşada məsul vəzifələrdə çalışıb.

milletinsesi.info kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!