Ölkəsindən yeşikdə qaçan “Nissan”ın keçmiş rəhbəri ən kritik anından danışdı - FOTO/VİDEO

02:00 14-10-2021 16

“Nissan” avtomobil konserninin keçmiş rəhbəri Karlos Qon Yaponiyadan qaçarkən ən kritik anı barədə danışıb.

Onun sözlərinə görə bu, təyyarəyə minməzdən əvvəl yeşiyin içindəki .

“Əgər rentgendən keçirilsəydim, hər şeyi itirəcəkdim. Xoşbəxtlikdən (qutu) rentgendən  keçirilmədi və bu anda Yaponiyadan çıxa biləcəyimə inandım”, - deyə Qon bildirib.

O, qaçmasının əsas səbəbinin Yaponiyanın məhkəmə və hüquq sisteminə şübhəsi ilə əlaqələndirib.

“Öyrənəndə ki, 99,4 faiz hadisələrdə Yaponiya Cinayət məhkəməsi ittiham hökmü verir, özümü müdafiə edə bilməyəcəyimi anladım”, - deyə o əlavə edib.

Qon Livan hökumətinin onu heç vaxt Yaponiyaya təhvil verməyəcəyinə əminliyini ifadə edib.

"Mən Livan vətəndaşıyam, ekstradisiya mümkün deyil. Məni cinayət məsuliyyətinə cəlb etmək istəsələr, Yaponiya prokurorluğu Livana istintaq sənədləri göndərməlidir ki, burada mühakimə oluna bilim. Amma bunu edə bilməzlər, çünki o vaxt işin saxtalaşdırıldığı ortaya çıxar”, - deyə avtomobil konserninin keçmiş rəhbəri bildirib.

Qon müxtəlif sahələrdə aktiv olduğunu - universitetdə dərs dediyini, kitab yazdığını, biznesin bir neçə sahəsi ilə məşğul olduğunu vurğulayıb.

“Şükürlər olsun ki, məşğulam, yaşayıram, xoşladığım işi görürəm. Livanlı olduğum üçün, xalqın əksəriyyəti tərəfindən dəstəkləndiyim üçün də qürur duyuram” – Qon sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, “Nissan” şirkətinin keçmiş icraçı direktoru, maliyyə cinayətində ittiham olunan Karlos Qon musiqi alətinin qutusunun içində Yaponiyadan Türkiyəyə qaçıb, oradan isə özəl təyyarə ilə Livana uçub.