Kseniya Sobçakın düşdüyü avtomobil qəzasının anbaan görüntüləri yayılıb - VİDEO

22:10 13-10-2021 16

Tanınmış rusiyalı televiziya aparıcısı və jurnalist Kseniya Sobçakın olduğu avtomobilin iştirakı ilə Soçi şəhərində baş verən  anının görüntüləri yayıb. Müşahidə kameraları tərəfindən qeydə alınan kadrlarda avtomobillərin toqquşma anı və avtobusa çırpılması görünür.

Xatırladaq ki, oktyabrın 9-da Krasnodar diyarında Sobçakın sərnişin oturacağında olduğu “Mercedes” avtomobili qəzaya uğrayıb. İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü ötmə zamanı qarşıdan gələn zolağa çıxaraq “Volkswagen” markalı avtomobilə çırpılıb və nəticədə ətalət nəticəsində mikroavtobusla toqquşub.

Yol qəzası nəticəsində bir nəfər ölüb, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi istintaqı nəzarətə götürdüyünü bildirib. Sobçakın olduğu “Mercedes”in sürücüsünə ittiham irəli sürülüb.