Bakıda baş verən dəhşətli qəzada yaralananların adları məlum oldu - ÖZƏL

15:45 13-10-2021 9

3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralılardan bir qisminin adları məlum olub.

milletinsesi.info-ın əldə etdiyi məlumata görə, səhər saatlarında Bakıda 171 nömrəli sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən, beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı 21 nəfər xəsarət alıb. Yaralananlardan 16 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Klinikadan milletinsesi.info-a bildirilib ki, 5 xəstə reanimasiya şöbəsinə yerləşdirilib:

“Yaralılardan biri hazırda əməliyyatdadır, vəziyyəti çox ağırdır. Reanimasiyada olan 5 yaralının 4-ü qadın, biri kişidir. Onlara kəllə beyin travması, döş qəfəsinin zədələnməsi, sağ baldır ətrafının amputasiyası diaqnozları qoyulub. Digər yaralılar isə palatalara yerləşdiriliblər”.

Əldə etdiyimiz məlumata görə, yaralananlar arasında 1999-cu il təvəllüdlü Məmmədov Emin, 1984-cü il təvəllüdlü Ağayeva Aygül, 1983-cü il təvəllüdlü Həsənov Nəriman, 1979-cu il təvəllüdlü Rzayev Sərdar, 1969-cu il təvəllüdlü Əliyeva Zərifə, 1962-ci il təvəllüdlü Əsədova Mətanət, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə, 1964-cü il təvəllüdlü Nağıyeva Bağdagül, 1972-ci il təvəllüdlü Mansurova Samirə, 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz hazırda xəstəxanada müalicələrini davam etdirirlər.

Digər yaralılar 1985-ci il təvəllüdlü İbrahimov Orxan, 1986-cı il təvəllüdlü Eyvazova Samirə, 1962-ci il təvəllüdlü Hüseynov Eldar, 1993-cü il təvəllüdlü Tağıyev Surət, 1990-cı il təvəllüdlü Məmmədov Elgün, 1989-cu il təvəllüdlü Həsənova Aynurə isə həkimlər tərəfindən ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.