DTX tərəfindən həbs edilən sabiq icra başçısının vəziyyəti necədir?

14:30 13-10-2021 9

“Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan və həbsdə olan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalır”. 

Bununla bağlı milletinsesi.info-a açıqlamasında onun vəkili məlumat verib.

O bildirib ki, həkimlərin dünən verdiyi məlumata görə, M.Quliyevin vəziyyəti dəyişməz olaraq qalır.  

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ona, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Könül Cəfərli