Azərbaycanda kişi əxlaqsız təklif etdiyi qadını döydü - ANBAAN VİDEO

13:15 13-10-2021 12

Abşeron rayonu Ceyranbatan qəsəbəsində qadına qarşı quldurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, zərərçəkən şəxs nazirliyin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək tanımadığı şəxsin ona yaxınlaşaraq əxlaqsız təklif etdiyini, buna razı olmadıqda isə aralarında yaranan mübahisə zamanı onu döyüb və hədə-qorxu gəldiyini bildirib.

Hadisə zamanı həmin şəxs qadının üzərində olan 35 manatı, bir ədəd boyunbağını və bir ədəd üzüyü ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsi əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rahib Abuzərov saxlanılıb.

O, izahatında etdiyi əməli etiraf edib və hadisə zamanı zərərçəkən qadından götürdüyü əşyaları polis əməkdaşlarına təhvil verib.

Faktla əlaqədar Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat - istintaq tədbirləri davam etdirilir.