Üç Milli Parkın direktoru işdən çıxarılıb - ÖZƏL

12:55 13-10-2021 16

2021-ci ilin ötən dövrü ərzində vəzifəsindən azad edilən Milli Park direktorlarının sayı açıqlanıb. 

Bu barədə milletinsesi.info-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.  

Onun sözlərinə görə, 2021-ci ilin ötən dövrü ərzində öz vəzifə funksiyalarını layiqincə yerinə yetirə bilməyən əməkdaşlar olub:

“Bu ilin ötən dövrü ərzində üç Milli Parkın direktorunun əmək müqaviləsinə xitam verilib, bir neçə əməkdaş barəsində isə inzibati qaydada tədbir görülüb”.

İlhamə Əbülfət