Pentaqon rəhbəri Gürcüstan və Ukraynaya səfər edəcək

00:15 13-10-2021 14

ABŞ-ın müdafiə naziri Lloyd Ostin növbəti həftə Avropa səfərinə çıxacaq.

Bu barədə Pentaqonun mətbuat katibi Con Kibri ənənəvi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nazir Gürcüstan, Ukrayna, habelə Rumıniyada vacib görüşlər keçirəcək.

Səfərin sonunda isə Ostin Brüsseldə NATO üzrə həmkarları ilə müzakirələr aparacaq.

Mənbə: TASS