ABŞ-da övladları COVID-ə yoluxan valideynlər məktəbi məhkəməyə verib

23:50 12-10-2021 17

ABŞ-ın Viskonsin ştatında övladları koronavirusa yoluxan iki ailə məktəbi məhkəməyə verib.

Şennon Censen və Cina Kildal adlı şagirdlərin valideynləri təhsil müəssisəsini maska və sosial məsafə kimi karantin tələblərinə riayət etməməkdə günahlandırıb.

Qeyd edək ki, ABŞ-ın xəstəliklərə nəzarət mərkəzi karantin tələblərinin tətbiq olunduğu məktəblərdə yoluxma sayının xeyli az olduğunu açıqlayıb.

Mənbə: “The New York Times”