Qaxda BMT-nin xidməti avtomobili qəzaya düşüb, xəsarət alanlar var - FOTO

19:50 12-10-2021 12

Qax rayonunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinə məxsus “Toyota Camry” markalı avtomobil qəzaya düşüb.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Camry” markalı 076-D-001 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletdə olan iki nəfər - Qax rayonunun Əmbərçay kənd sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.