Erməni fonduna yığılan milyonlar hara xərclənib? - VİDEO

19:05 12-10-2021 11

30 il ərzində Ermənistan xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, təqribən yüz milyon dollardan çox pul yığılırdı. Bəs yığılan bu milyardlar hara gedib? 

Qarabağ işğaldan azad edildikdən sonra biz nə yenidən qurulan yol, nə çəkilən su xətti, nə də ki təmir olunan tarixi, dini və mədəni abidə gördük. 

Politoloq Xəyal Bəşirovun sözlərinə görə, Ermənistana rəhbərlik etmiş şəxslərin Qarabağı və Qarabağ ətrafındakı rayonlarımızı işğal etməkdə əsas məqsədləri başqa olub. Onlar həmin əraziləri talamaqla özlərinin sərvətlərini artırmağa çalışıblar. 

Qeyd edək ki, “Hayastan” ümumerməni fondu 1992-ci ildə təsis edilib. Fonda Ermənistanda və Qarabağda “ümummilli layihələrin” həyata keçirilməsi, infrastrukturun inkişaf etdirilməsi adını qoymuşdular. “Hayastan” ümumerməni fondunun həyasızcasına diləndikləri bu pulları, görünür, ya terror təşkilatlarına, ya da narkotik biznesinə yatırım ediblər. Ermənilər 30 il ərzində Qarabağda daşı-daş üstə qoymadılar. Yedilər, taladılar, apardıqları qədər yeraltı və yürüstü sərvətlərimizi daşıdılar. Çünki o mal-mülk onlara məxsus deyildi və elə ona görə də qoruya bilmədilər, daha doğrusu, qorumadılar. Sənin olmayanı necə, niyə qoruyasan axı. Deməli, Ermənistanın keçmiş oğru rəhbərliyinin niyyəti sadəcə olaraq dünyanın zəngin ermənilərini aldatmaq olub. Bütün bunlara baxmayaraq, Qarabağı yenidən dirçəldəcək qüvvə var: Azərbaycan – tarixi sahibi.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: