Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş başlayıb - FOTO

18:20 12-10-2021 14

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, görüş mövcud epidemioloji vəziyyətə görə qapalı şəkildə keçirilir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edir.

Xatırladaq ki, sabah, oktyabrın 13-də Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü nəzərdə tutulub.