Dövlət komissiyası qarşısında motosikletinə od vurdu, özünü də yandırmaq istədi

13:40 12-10-2021 15

Ağcabədi rayon sakini intihara cəhd edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-də saat 13 radələrində Bərdə şəhərindəki Tibbi Sosial və Ekspert Komissiyasının inzibati binasının qarşısında Ağcabədi rayon sakini S.Cəfərov özünə məxsus motosikleti yandırıb, özünü də yandırmağa cəhd göstərib.

Lakin ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində bu cəhdin qarşısı alınıb.