Arif Babayevin səhhəti necədir?

10:20 12-10-2021 10

“Arif Babayevin səhhətində yaxşılığa doğru dəyişiklik var”.

Bunu APA-ya açıqlamasında Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib:

“Hələlik sistem köçürülür. Vəziyyəti stabildir. Düzü, bu xəstəlik bir günə sağala bilməz. Hazırda müalicəsi davam edir”.

Qeyd edək ki, Arif Babayev dünən səhhətində problem yarandığı üçün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, A. Babayev ötən il insult keçirib.