İbrahim Tatlısəs 12 ildən sonra konsert proqramı ilə çıxış edəcək

21:55 15-09-2021 16

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 12 ildən sonra konsert proqramı ilə çıxış edəcək.

Keçirdiyi çətin 9 ildən sonra Star TV ekranlarında “İbo Show” ilə geri dönüş edən məşhur indi də açıq havada konsert verməyə hazırlaşır.

63 yaşlı Tatlısəsin konsertinin sentyabrın 23-də İstanbulda “Kuruçeşme Sahnesi”ndə keçirilməsi planlaşdırılır.

Mənbə: NTV