Mahir Emrelinin olduğu baner Moskvanın mərkəzində

17:50 15-09-2021 11

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi  Polşanın “Legiya” klubu Rusiya paytaxtında “Spartak”ın qonağı olacaq. 

Oyundan öncə baş verən maraqlı bir məqam isə “Legiya”nın Moskvadakı böyük ticarət mərkəzinin reklam fasadına öz futbolçularının rəsmləri olan “Moskvalılar artıq bilir ki, biz qayıtmışıq. Axşamın xeyir, Moskva” yazılı baneri yerləşdirməsidir.

Bununla da polşalılar 2011-ci ildə “Spartak”ı Avropa Liqasında mübarizədən kənarlaşdırdıqları oyunu yada salıblar.

Digər bir maraqlı məqam isə, həmin banerdə azərbaycanlı futbolçu Mahir Emrelinin də fotosunun yer almasıdır.

Qeyd edək ki, “Spartak” və “Legiya” arasında keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.