Azərbaycan DİN rəsmiləri beynəlxalq polis konqresində iştirak edib - FOTO

17:25 15-09-2021 13

Sentyabr ayının 14-15- i tarixlərində Almaniyanın Berlin şəhərində Avropa ölkələrinin polis orqanlarının 24-cü konqresi keçirilib.

milletinsesi.info-ın məlumatına görə, tədbirdə Avropa ölkələrinin polis qurumlarının rəhbərləri iştirak ediblər.

Azərbaycanı da bu mötəbər tədbirdə Daxili İşlər Nazirliyinin rəhbər vəzifəli şəxsləri təmsil edib.

Konfransda Avropada COVID-19 virusunun yayılmasının qarşısının alınması istiqamətində polis əməkdaşlarının gördüyü və planlaşdırılan tədbirlər, virusun cəmiyyətdə yaratdığı çətinliklər, həmçinin pandemiyanın müddəti, miqyası və intensivliyi ilə mübarizə mövzuları müzakirə olunub.

Tədbirdə həmçinin Avropada təhlükəsizlik məsələləri, miqrasiya və kiber məkandan gələn təhlükələr mövzusunda da çıxışlar edilib.