Dövlət qurumundan Hüseynbala Mirələmovun diplomat oğlu ilə bağlı AÇIQLAMA

16:55 15-09-2021 16

Sabiq deputat Hüseynbala Mirələmovun oğlu Rauf Mirələmov barədə polis orqanlarına şikayət edilməsilə bağlı daha bir dövlət qurumu açıqlama verib.

milletinsesi.info-ın sorğusuna əsasən, Rauf Mirələmovun “1001 gecə” restoranının yaxınlığında qanunsuz tikinti işləri aparması bağlı məlumatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti təsdiq edib.

Bildirilib ki, məsələ ilə əlaqədar ərazidə monitorinq aparılıb, akt tərtib olunub və tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.

Xatırladaq ki, daha əvvəl milletinsesi.info-ın verdiyi  Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ərazidə araşdırma apardıqdan sonra qeyri-qanuni olduğu müəyyənləşən tikinti işləri ilə bağlı Rauf Mirələmova xəbərdarlıq edilməsinə baxmayaraq qarşı tərəfin buna məhəl qoymadığı qeyd edilib. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti polisə müraciət edib. 

Qeyd edək ki, R.Mirələmov Xarici İşlər Nazirliyində çalışır.

Nigar Məmmədova