Virusun mutasiyası ilə bağlı YENİ AÇIQLAMA

15:45 15-09-2021 11

“Vaksinin iki dozasından 10 gün sonra bədən hərarətinin yüksək olması peyvəndlə bağlı deyil. Bunun başqa səbəblərini araşdırmaq vacibdir”.

milletinsesi.info-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, harada yoluxma sayı çoxdursa, orada virusun mutasiyaya uğraması şəraiti də yüksəkdir:

“Bunun üçün çox ölkələrdə peyvəndin bərabər paylanılmasına çalışılır ki, virus mutasiyaya uğramasın”.

O qeyd edib ki, pandemiyanın qarşısı alınmayana kimi yeni mutasiyaların olması da qaçılmazdır.

İlhamə Əbülfət