Baş infeksionistdən valideynlərə MÜRACİƏT

15:25 15-09-2021 9

“Pandemiya dövründə tədrisin təşkilinə dair Nazirlər Kabinetinin qaydaları var. Bu qaydalara əsasən məktəblərdə tədris bərpa edilir”.

milletinsesi.info-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu dövrdə valideynlər uşaqlarla izahedici söhbətlər aparmalıdır: 

“Hər gün səhər və axşam uşağın şikayətləri araşdırılmalıdır. Xəstəlik əlamətləri olan uşaqları məktəbə buraxmaq olmaz”.

İlhamə Əbülfət