Şuşada “Mehtər” marşı - VİDEO

15:20 15-09-2021 7

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Şuşada da yürüş keçirilib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov yürüşdən görüntülər paylaşıb.

Görüntülərdə əsgərlərimizin Şuşa küçələrində “Mehtər” marşı ilə yürüş etdiyi əks olunub.

Qeyd edək ki, 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazırlar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu.

Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verib.

Bu şərəfli və tarixi gün heç zaman azərbaycanlıların xatirindən çıxmayacaq, bu qəhrəmanlıq və qardaşlıq dastanı Azərbaycan xalqı nəsillərdən-nəsillərə ötürəcək.

Qəhrəmanlıq dastanının məntiqi davamı 2020-ci ilin sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən Vətən müharibəsi idi. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdi. Azərbaycana isə Türkiyə siyasi və mənəvi dəstək verdi.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdilər.

Bu gün əminliklə deyə bilərik ki, istər 1918-ci ildə, istər Birinci Qarabağ müharibəsində, istərsə də ondan sonra şəhid olanların hamısının intiqamı alınıb.

Həmin görüntüləri təqdim edirik: