Hazırda Azərbaycanda epidemioloji vəziyyət necədir?

15:15 15-09-2021 7

“Hazırda ölkədəki epidemioloji vəziyyət müsbət qiymətləndirilir”.

milletinsesi.info-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, yoluxma sayı azalır:

“Sağalan insanların sayı yeni yoluxanların sayını üstələyib. Bu göstəricilər müsbət dinamikadan xəbər verir”.

O qeyd edib ki, statistik rəqəmlərə görə, yoluxmaların sayı əsasən Bakı şəhəri üzrədir.

İlhamə Əbülfət