Ağstafada dilənçi 18 yaşlı şəxsi bıçaqladı

14:35 15-09-2021 8

Ağstafa rayonunda 18 yaşlı şəxs bıçaqlanıb.

milletinsesi.info-ın məlumatına görə, hadisə zamanı 2003-cü il təvəllüdlü Fərrux Qasımov dörd bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. 

Hadisəni 2005-ci il təvəllüdlü A.Məmmədov törədib. Həmin şəxsin dilənçi olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

İlhamə Əbülfət