Sumqayıtda qəza: Piyada yolu keçməyə çalışarkən öldü

14:15 15-09-2021 9

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, qəza sentyabrın 15-də saat 1 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsində baş verib.

Belə ki, şəhər sakini M.Dadaşov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən həmin şəxs orada ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.