Tələbələrin bitməyən yataqxana dərdi - VİDEO

12:50 15-09-2021 12

Əziz Nuriyev Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsidir.

O, universitetlərdə ənənəvi təhsilin bərpa ediləcəyini eşidən kimi yaşadığı Cəlilabad rayonundan Bakıya üz tutub.

Əziz yeddi gündür kirayə mənzil axtarışında olsa da, hələ ev tapa bilməyib. Qasım da Əzizlə eyni durumdadır.

Dərslərin ənənəvi qaydada başlayacağına görə Yevlaxdan gələn gənc hələ də kirayə mənzil axtarır.

Təəssüf ki, yüzlərlə, bəlkə də minlərlə tələbə bu gənclər kimi kirayə ev axtarışındadır. Bu səbəbdən tədris ili başlamazdan bir müddət əvvəl kirayə mənzil bazarında canlanma yaşanır.

Tələbat çox olduğundan evlərin qiymətində də artım müşahidə edilir. Tələbələrin bu durumda olmasının başlıca səbəbi isə tələbə yataqxanası problemidir. Mövcud yataqxanaların ya tələbə tutumu azdır, ya da ümumiyyətlə, istifadəyə yararsızdır.

Tələbələrin yataqxanada deyil, daha çox kirayə mənzillərdə yaşaması onların təhsilinə də mənfi təsir edir.

Daha ətraflı Baku TV-nin süjetində: