Ali Məhkəmədə yoxlamalar aparılıb

11:30 15-09-2021 13

Hesablama Palatası 2019-2020-ci illərdə dövlət büdcəsindən Ali Məhkəməyə ayrılmış vəsaitin istifadə vəziyyəti ilə bağlı yoxlamalar aparıb.

“Report”un əldə etdiyi məlumata görə, artıq auditin nəticələri müzakirə üçün qurumun kollegiyasına təqdim edilib.

Müzakirələrdən sonra bu barədə Milli Məclisə və ictimaiyyətə məlumat veriləcək.